Yeni Klinika tibb müəssisəsində beynəlxalq əməkdaşlıq çərçivəsində "Mulligan Manual Terapiya Konsepsiyası" üzrə təlim keçirilib. Bu klinika Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərir.
QHT.az xəbər verir ki, Türkiyənin Qazi Universitetinin professoru Dr. Bülent Elbasan və Birləşmiş Ərəb Əmirliklərinin Prezident Mühafizə Korpusunun Fizioterapiya departamentinin direktoru, “Mulligan Manual Terapiya” təlimçisi fizioterapevt Dr. Murat Dalkılınç "Mulligan Manual Terapiya Konsepsiyası” üzrə təlim keçiblər. Qeyd olunub ki, manual terapiya əl ilə tətbiq olunan terapiya üsuludur, bədəndə ağrı, gərginlik, spazm və funksional pozğunluqları müalicə etmək üçün istifadə olunur. “Mulligan konsepsiyası” isə manual terapiyanın ən məşhur konsepsiyalarından biridir.
Təlim 3 gün davam edən, nəzəri və praktiki istiqamətdə təşkil olunan təlimdə iştirakçılara sertifikatlar təqdim olunub. Təlimdə TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov, fizioterapevt Dr. Murat Dalkılınç, Prof. Dr. Bülent Elbasan Yeni Klinikanın həkim-fizioterapevtləri və Azərbaycan Tibb Universitetinin tələbələri iştirak ediblər.
Pərvanə Fərhadqızı












