Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) Gənclər İctimai Birliyinin həyata keçirdiyi "Müstəqil həyata sağlam inteqrasiya II” layihəsi uğurla başa çatıb.
Layihənin əsas məqsədi internat məktəblərində və uşaq evlərində təhsil alan şagirdlərin psixoloji reabilitasiyası, onlarda özlərinə inamın artırılması və Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin onlar üçün yaratdığı imkanlardan maksimum istifadə etmə sahəsində maarifləndirici tədbirlər həyata keçirməklə internat məktəbində təhsil anal gənclərin sosial inteqrasiyası kimi fəaliyyətlərə öz tövhəsini veribdir.
Layihədən Bakı şəhərində yerləşən internat məktəblərində 200 nəfərə yaxın şagird faydalanıb.
Layihə müddətində pisixoloji seanslara cəlb edilən gənclər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə, Bilim Bakı Mərkəzinə məlumat turu təşkil olunub.
Layihənin sonunda Lənkəran rayonunda təşkil edilən düşərgədə müxtəlif internat məktəblərindən məzun olmuş 35 nəfər gənc iştirak edib . Düşərgə inkluziv olduğu üçün burada eşitmə və nitq qabiliyyəti məhdud gənclər də cəlb edilib. Onlar üçün bütün fəaliyyətlər jest (işarət) dilində tərcümə edilib. Düşərgə çərçivəsində təşkil olunan info turda gənclər Cənub bölgəsinin tarixi-mədəniyyət abidələrini, muzeyləri və təbiəti ilə yaxından tanış olublar.
Daha sonra düşərgəyə müxtəlif mövzularda maarifləndirici təlimlərlə davam edib. Düşərgənin sonuncu günü Biləsuvar rayonunda Azərbaycan gəncliyinin qəhramanlıq rəmzi olan
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyini ziyarət edilib və daha bir uğurlu layihəyə yekun vurulub.












