Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı  ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən  həyata keçirilən  “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsinin yekun təqdimatını keçirilib. 

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ofisində baş tutan tədbiri “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri və layihə rəhbəri Səməd Vəkilov açaraq 3 aylıq layihənin icrası haqqında məlumat verib. 

 

Təşkilat sədri qeyd edib ki,  “Şəhid statusunun verilməsi və  şəhid adlarının əbədilşədiliməsi digər məsələlər”, “Müharibə veteranları onlara statusun verilməsi həmçinin imtiyazları haqqında. Qanunvericilik bazası. Normativ hüquqi aktlar” və “Şəhid və veteran ailələrinin mənzillə təmin olunması” mövzusunda Səs TV-də 3 maarifləndirci  veriliş hazırlanmışdır.

 

Səməd Vəkilov qeyd edib ki, layihə dövründə Şabran, Siyəzən, Quba və Tərtər rayonlarında şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi ilə bağlı tədbir keçirilib. Ümumilikdə bu görüşlərdə yüzdən artıq yaxın şəxs iştirak etmişdir. 

Təşkilat sədrinin sözlərinə görə layihə çərçivəsində  bu sahədə olan qanunvericilik  bazasından ibarət  hüquq bələdçisi olan buklet hazırlanmış və onlarla insana pulsuz hüquqi yardım edilmişdir. 

 

Çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və Milli QHT Forumunun Prezident Rauf Zeyni Müvəkkil Hüquq Mərkəzinin şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına hər zaman hüquqi dəstək göstərdiklərini vurğulayaraq və bu davamlı fəaliyyətin alqışa layiq olduğunu bildiriblər. 

 

Layihə eksperti Cəsarət Hüseynzadə, şəhid Mirzə Novruzovun anası Rüxsarə Novruzova, şair İlham Qəhrəman, QHT sədrləri Tamxil Ziyəddinoğlu, Könül Quliyeva, Nicat Sadıqlı  layihənin əhəmiyyətindən və   hüquqi dəstəyin vacibliyindən danışıblar.