Abşeron rayonu üzrə Uşaq Səfirlər Məclisinin fəalı Gülçin Zalovanın təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş "Naxçıvanı tanıyaq" adlı təlim təşkil edilib. Tədbir Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilib.

QHT.az xəbər verir ki, təlimdə iştirakçılara Naxçıvan Muxtar Respublikasının zəngin tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı haqqında geniş məlumat verilib. Tədbirin əsas məqsədi gənclərin və uşaqların Naxçıvan haqqında maariflənməsini təmin etmək, milli-mənəvi dəyərlərimizə bağlılığını artırmaq və onların tariximizə marağını gücləndirmək olub.

Tədbir iştirakçıları Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki əhəmiyyətini vurğulayaraq, belə təşəbbüslərin gənclər arasında maarifləndirmə baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Təlim interaktiv müzakirələr və təqdimatlarla yadda qalıb.