Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin dəstəyi ilə beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüşüb.
QHT.az xəbər verir ki, nazir gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, iştirak etdikləri tədbirlər və qazandıqları yeni təcrübələr barədə onlarla fikir mübadiləsi aparıb. Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Belarus, Fransa, Avstraliya, Rusiya, Estoniya, Səudiyyə Ərəbistanı, Kenya, Yaponiya kimi ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, eləcə də beynəlxalq mübadilə proqramına qatılan gənclər öz təəssüratlarını paylaşıb, yarışlara hazırlıqları, tədbirlərdə iştirakları barədə ətraflı məlumat veriblər.
Görüşdə iştirak edən “Regional İnkişaf” İctimai Birliyinin Cənubi Koreya və Azərbaycan gənclərinin beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin tərkibində Koreyada səfərdə olan əməkdaşı Günay Ağayeva və Rusiyanın Moskva şəhərində keçirilən "WEARETOGETHER-2023" Beynəlxalq Vətəndaş İştirakçılığı Forumuna qatılan əməkdaşı Emiliya İsmayılzadə da çıxış edərək səfərlər barədə təəssüratlarını bölüşüblər.
R. İmanov












