Nepalda Yalunq-Ri dağında düşərgəni vuran qar uçqunu beşi əcnəbi alpinist və iki nepallı bələdçi də daxil olmaqla azı 7 nəfərin həlak olduğunu bildirib.
QHT.az xəbər verir ki, Nepalın Dolakha bölgəsi polis rəisinin müavini Gyan Kumar Mahatonun sözlərinə görə, qar uçqunu yerli vaxtla səhər saat 10:30 radələrində baza düşərgəsini vurduğu zaman ən azı 16 nəfər 5630 metr yüksəklikdəki dağa qalxırdı. Dolaxa rayon administrasiyasının məlumatına görə, ölənlər arasında iki İtaliya vətəndaşı, iki Nepal vətəndaşı və Fransa, Almaniya və Kanadadan olan alpinistlər var.
İki alpinistin cəsədi tapılıb, xilasedicilər qalan 5 nəfərin cəsədini axtarırlar.
R.İmanov












