Nepalda qəzaya uğrayan təyyarədə olan 72 nəfərdən 70-nin cəsədinin tapıldığı açıqlanıb.
QHT.az xəbər verir ki, Nepal Mülki Aviasiya Təşkilatından verilən açıqlamada 68-i sərnişin və 4-ü kabinə işçisi olmaqla, 72 nəfərdən 70-nin cəsədinin tapıldığı açıqlanıb. 25 cəsəd Katmanduya, 23 cəsəd isə Nepal Ordusu tərəfindən Tədris Xəstəxanasına gətirilib. 22 cəsədin hamısı həlak olanların ailələrinə/qohumlarına təhvil verilb.
Qurumdan dünən verilən açıqlamada ölənlərdən 41-nin şəxsiyyətinin müəyyən edildiyi, təyyarənin qara qutusu və kokpit səs yazılarına daxil edildiyi bildirilib. Bundan əlavə, təyyarədə 53 Nepal, 5 Hindistan, 4 Rusiya, 2 Koreya, 1 Avstraliya, 1 Argentina, 1 İrlandiya, 1 Fransa vətəndaşı və 4 kabinə işçisi olmaqla 72 nəfərin olduğu açıqlanıb.












