Nigeriyada keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, ölkənin yeni dövlət başçısı Laqosun keçmiş qubernatoru Bola Əhməd Tinubudur.
Nigeriyada ötən şənbə günü keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Müstəqil Milli Seçki Komissiyasından verilən açıqlamada, hakim partiya olan Bütün Tərəqqiçilər Konqresinin (APC) namizədi, Laqosun keçmiş qubernatoru Bola Əhməd Tinubunun 36,6 faiz səs toplayaraq ölkənin 5-ci prezidenti seçildiyi açıqlanıb ( 8,8 milyon səs).
QHT.az xəbər verir ki, Xalqların Demokratik Partiyasının (PDP) namizədi Atiku Abubakar 29 faiz, İşçi Partiyasının (LP) namizədi Peter Obi isə 25 faiz səs toplayıb. Rəsmi seçki nəticələrinin açıqlanmasından sonra açıqlama verən Tinubu ona səs verənlərə təşəkkür edərək, “Bizim tək millətimiz var, ona görə də bu ölkəni birlikdə qurmalıyıq” deyib. Paytaxt Abucada Tinubu tərəfdarları seçkinin nəticəsini qeyd etmək üçün küçələrə axışıblar.












