Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib ki, o, çətin ki, yenidən “siyasətdə mühüm bir iş” etsin. 

QHT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Düşünürəm ki, yenidən siyasətdə böyük bir iş görməli olma ehtimalım çox, çox azdır. Mən çox şey etdim”,  - Conson Qlobal Yumşaq Güc Sammiti 2023-də çıxışından sonra bildirib.

Bundan əvvəl “The Guadrian” yazıb ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun tərəfdarları onun gələcəkdə bu vəzifəyə qayıda biləcəyinə özəl olaraq şübhələrini bildiriblər.

Eyni zamanda, fevralın 23-də Boris Conson NATO-nun baş katibi vəzifəsinə namizədliyini irəli sürdüyünü açıqlayıb.

O, “belə bir fikrinin olduğunu” bildirib.

Fevralın 4-də Times qəzeti iki keçmiş Böyük Britaniya baş naziri Boris Conson və Liz Trussın gələcəkdə böyük siyasətə qayıtmaq istədiklərini yazıb.

2016-2018-ci illərdə Conson Tereza Meyin başçılıq etdiyi Mühafizəkarlar hökumətində Böyük Britaniyanın Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Boris Conson 2019-cu ildə Böyük Britaniyanın baş naziri seçilib.

2022-ci ilin may ayında özünün Mühafizəkarlar Partiyasının üzvləri koronavirus məhdudiyyətlərinə əməl edilməməsi ilə bağlı qalmaqalla əlaqədar baş nazirə etimadsızlıq səsverməsi keçirməyə çalışdılar.

7 iyul 2022-ci ildə Boris Conson baş nazirlikdən getdiyini elan etdi.

Sentyabrın əvvəlinə kimi vəzifələrini icra etməyə davam etdi.