Alimlər aşkar ediblər ki, plastik və rezindən hazırlanmış ağıllı saatlar düzgün aparılmadığı təqdirdə bədənimiz üçün təhlükəsiz deyil. Bu materiallar bakteriyaların koloniyalaşması və yayılması üçün potensial cəlbedici mühit təmin edir.

QHT.az xəbər verir ki, belə ağıllı bilərziklərin pərəstişkarları Pseudomonas bakteriyası, stafilokokk, E. coli və insan dərisini parazitləşdirə bilən digər mikroorqanizmlər üçün "hədəf" ola bilər. Florida Atlantik Universitetində bir qrup alim tərəfindən araşdırma aparılıb. 20 müxtəlif ağıllı saatı təhlil etdikdən sonra onların 95%-nin səthində dəri xəstəlikləri və iltihaba səbəb ola biləcək potensial zərərli bakteriyaların olduğunu müəyyən ediblər. İmmuniteti zəif olan insanlar üçün təhlükə xüsusilə kəskindir. İdman ilə məşğul olanların saatlarının səthində ən yüksək stafilokok bakteriyaları aşkar edilib. Dəridə stafilokok infeksiyasının əlamətləri dəridə qabar və digər şişkinliklər, dəri ağrılı görünür, xarakterik qızartı nəzərə çarpır, yoluxmuş ərazidə ağrı və narahatlıq, gözlərin və göz qapaqlarının mümkün qızartıları müşahidə olunur.

Bu bakteriyaları qan zəhərlənməsi və toksik şok sindromu kimi daha ciddi infeksiyalara da səbəb ola bilər. Hətta mədə ağrısı, qan laxtaları ilə ishal, böyrək çatışmazlığı, həmçinin, infeksiyanın kəskinləşməsi halında bir insan hemolitik-uremik sindromla qarşılaşa bilər. Bu ölümcül ola bilər. Ağıllı saat taxarkən gigiyena qaydalarına riayət edilməməsi Pseudomona bakteriyalarının yayılmasına səbəb ola bilər.

Bu tip bakterial infeksiya adətən yalnız immun sistemi zəif olan insanlarda baş verir.

 

 

Pərvanə Fərhadqızı