Moskvada həvəskarlar arasında keçirilən oyun zamanı 61 yaşlı xokkeyçi ölüb.

QHT.az xəbər verir ki, Moskvada SHL həvəskarlar liqasının “Armata” və “Favorit” komandaları arasında keçirilən oyun zamanı 61 yaşlı xokkeyçi dünyasını dəyişib. 

Əldə olan məlumata görə, hücumçu oyun zamanı huşunu itirib. Hadisə yerinə gələn həkimlər idmançını xilas edə bilməyiblər. Xokkeyçinin ölümünün ilkin səbəbi ürək problemləri olub.

 

Pərvanə Fərhadqızı