Özbəkistan Müdafiə Nazirliyi Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri komandanlığına məxsus Mi-8 helikopterinin təlim uçuşu zamanı qəzaya uğraması barədə məlumat yayıb.

QHT.az xəbər verir ki, uçuşun Kattakurqan poliqonunda baş verdiyi bildirilir. Hadisə nəticəsində helikopterin bütün heyəti həlak olub. Hazırda ekspertlər qəzanın səbəblərini araşdırır.

Həlak olan hərbçilərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

 

 

Pərvanə Fərhadqızı