Ukraynalı diplomatlar öz işlərində süni intellekt alətlərindən istifadə etməyə başlayıblar.

QHT.az xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba bildirib: "2023-cü il süni intellektin və ona əsaslanan proqram həllərinin kütləvi şəkildə yayılması ili oldu. Süni intellekt (Qısaldılmış AI) ifadəsi dəb halını alıb və onsuz heç bir təqdimat və ya layihə mümkün olmayacaq. Süni intellekt texnologiyaları bu il Ukrayna diplomatiyasının xidmətində çalışacağam”, - deyə nazir bildirib.

Kulebanın sözlərinə görə, Xarici İşlər Nazirliyi süni intellektdən, xüsusən də böyük həcmdə məlumatların təhlili, kommunikasiya strategiyaları və materialları, analitika, axtarış sorğuları və iş vaxtının optimallaşdırılması üçün istifadə edir.

 

Pərvanə Fərhadqızı