Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə işləri davam edir.

QHT.az xəbər verir ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) bu mövzu ilə əlaqədar ərsəyə gətirdiyi növbəti videoçarxı sizin diqqətinizə çatdırırıq.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə təhlükəsiz həyat şəraitinin formalaşdırılması üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” təlimləri davam edir. Təlimdə iştirakçılara təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları, eləcə də, müxtəlif növ mina və sursat maketlərinin nümayişi ilə onların törədə biləcəyi fəsadlar barədə məlumat verilir.

 

 

Pərvanə Fərhadqızı