20-21 noyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı keçirilib.

QHT.az xəbər verir ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi təşəbbüs əsasında 40-a yaxın ölkənin və bir sıra beynəlxalq təşkilatın yüksək səviyyəli qonaqlar iştirak edib.

“Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Zərifə Məmmədlinin də iştirak etdiyi Konfrans çərçivəsində Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının irəlilədilməsi, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzularda interaktiv panel müzakirələri təşkil edilib.

 

R.İmanov