2025-ci il oktyabrın  23-də “İslam Maliyyə Forumu-2025”  mövzusunda  forum  keçirilib.

QHT.az xəbər verir ki, tədbir İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı  ilə baş tutub.

Tədbirdə  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, UNEC-in Tələbələrlə iş üzrə prorektoru i.e.n., dos. Səadət Qəndilova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, millət vəkili Ceyhun Məmmədov, Mərkəzi Bankın Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov, , T.C. Cumhurbaşkanlığı Yatırım və Finans Ofisi Finans Dairesi Başkanı Dr. Tarık Akın,  Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva və İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, i.f.d. Ruslan Atakişiyev çıxış ediblər

Tədbirin  “İslam ölkələrinin iqtisadi resursları” II sessiyasına i.e.d. Aqil Əsədov moderatorluq edib. Həmin sessiyada i.f.d. Ruslan Atakişiyev    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə  dəstəyi ilə həyata keçirilən “Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsinə yaşıl sərmayənin cəlbi” layihəsinin yekun hesabatını  təqdim  edib.

Ruslan Atakişiyev öz çıxışında postmüharibə dövründə regionun iqtisadi inkişafına töhfə verəcək “yaşıl sərmayə” modelinin əhəmiyyətindən danışıb, bu istiqamətdə həyata keçirilən beynəlxalq əməkdaşlıq təşəbbüslərini diqqətə çatdırıb. O, layihə çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində, Bəhreynin Manama və Türkiyənin İstanbul şəhərində aparılmış görüşlər və danışıqlar barədə məlumat verib, bu görüşlərin nəticəsində yaranan əməkdaşlıq perspektivlərini təqdim edib.

Təqdimat zamanı Qarabağ və Şərqi Zəngəzurun ekoloji dayanıqlı iqtisadi inkişafı, “yaşıl enerji” və innovativ sərmayə layihələrinin bölgənin gələcək inkişaf strategiyasında mühüm yer tutduğu vurğulanıb. Sessiya iştirakçıları bu təşəbbüsün İslam ölkələri arasında iqtisadi həmrəyliyin və ekoloji məsuliyyətin gücləndirilməsi baxımından əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə dövlət qurumlarının, ali təhsil müəssisələrinin, maliyyə institutlarının və qeyri-hökumət təşkilatlarının və media nümayəndələri nümayəndələri  iştirak ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb  və xatirə şəkli çəkilib.