2025-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda manatla istiqraz buraxmaq niyyətini açıqlayıb. İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, bu təşəbbüs milli valyutanın maliyyə bazarındakı rolunu gücləndirəcək, real sektor üçün uzunmüddətli maliyyə mənbələri yaradacaq və dollarsızlaşma siyasətinə strateji dəstək verəcək.
QHT.az xəbər verir ki, manatla toplanan vəsaitlərin infrastruktur, enerji, kənd təsərrüfatı və texnoloji layihələrə yönəldilməsi planlaşdırılır. QDTİB-in addımı yerli banklar, sığorta və pensiya fondları, həmçinin dövlət və özəl şirkətlər üçün maliyyələşmə imkanlarını genişləndirə bilər.
Ekspertlər bu prosesi milli istiqraz bazarının inkişafında mühüm başlanğıc kimi qiymətləndirirlər.
Pərvanə Fərhadqızı












