Mayın 14-də Qəbələ Regional Gənclərin Resurs Mərkəzidə  müxtəlif regionlardan olan QHT rəhbər və əməkdaşları üçün “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri”  və “Fərdi Elektron Pərcərə (FEP) sistemi” mövzusunda təlimlər keçirilib.

 

QHT.az xəbər verir ki, təlim ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsindəhəyata keçirilib. 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli öz təqdimatında QHT-lərin çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə dair öhdəlikləri, risk əsaslı yanaşmanın tətbiqindən irəli gələn praktik məsələləri, eyni zamanda daxili nəzarət mexanizminin yaradılmasına dair ətraflı məlumatları iştirakçılara çatdırdı. MG Consulting MMC-nin vəkili Nurlana Əliyeva FEP sisteminə dair ətraflı və praktiki təlimatlara, o cümlədən müəyyən sahələrin doldurulmasına dair göstərişlərə, dəstəkləyici sənədlərin necə əlavə edilməsinə diqqət yetirilmişdir.

 

Ümumilikdə təlim zamanı respublikanın müxtəlif bölgələrindən olan 30 QHT nümayəndəsi iştirak etmişdir. Sonda təlim nəticələrinə dair qiymətləndirmə aparılıb və iştirakçıların sualları cavablandırılmışdır.