2023-cü il iyulun 15-də Brüssel şəhərində keçirilmiş üçtərəfli görüşdə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı məsələsi müzakirə olunub.
Qərbi Azərbaycan İcmasından QHT.az- a verilən məlumata görə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün zəruri bir şərtdir.
Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışı hüququ və təhlükəsizliyi məsələsinin Brüssel sülh prosesi çərçivəsinə gətirilməsini ürəkdən alqışlayırıq.
Pərvanə Fərhadqızı












