Tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa "Qərbi Azərbaycanlıların tarixi yurdlarından məcburi köçürülməsi" adlı I verlişimizin qonağı olub.
Bu barədə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov QHT.az –a məlumat verib. O, qeyd edib ki, bu veriliş Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərivəsində həyata keçirilir.
Məlumat üçün bildirək ki, "Qərbi Azərbaycan haqqında həqiqətlərin araşdırılması və təbliği" layihəsinin əsas ideyası Ermənistan və onların havadarları tərəfindən azərbaycanlılara qarşı aparılan deportasiya və etnik təmizləmə siyasətinin konkret bir icmanın timsalında göstərməkdən ibarədir.
Pərvanə Fərhadqızı












