"Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsinin icrası davam etdirilir. 

"MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin sədri Ləman Rəfiyeva QHT.az-a məlumat verib ki, layihə üzrə işlər davam etdirilir, aidiyyəti qurumlarla əməkdaşlıqlar edilir, müvafiq müqavilələr bağlanılıb: "Layihənin məqsədi ölkəmizdə yaşayan az təminatlı ailələlərin intelektual ləngiməsi olan uşaqları bir araya gətirmək və onları müasir sınanmış metodlar əsasında sosial reabilitasiyaya cəlb etməkdən ibarətdir: “Bu uşaqların cəmiyyətə və sosial həyata inteqrasiyasını təmin etməyə yönəlib. Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 2019-cu ildə 72 979 nəfər olub. Bu rəqəmin ölkə üzrə uşaqların ümumi sayının təqribən 2,8 faizini təşkil etməsinə baxmayaraq, son 5 ildə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım müşahidə olunur. Əsas səbəblər isə qohumlar arasında nikah nəticəsində yaranan genetik xəstəliklər, erkən nikah və doğuş vaxtı alınan travmalardır”.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunur. "MƏLƏK” Yardıma Ehtiyacı olan Uşaqlara Dəstək İctimai Birliyinin icra etdiyi "Aztəminatlı ailələrin inkişafda ləngiməsi olan uşaqlarına sosial- psixaloji reabilitasiya xidmətlərinin təşkili" layihəsi 01 iyul 2023 -cü il tarixindən icrasına başlanılıb. Layihə 4 ay davam edəcək.

 

Pərvanə Fərhadqızı