“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Şəhidlərini  Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrasına  01.01.2022 - ci il tarixdən başlamışdır.

 

QHT.az xəbər verir ki, layihə çərçivəsində bir qrup gənclərlə Qazax rayonunda 44 Günlük Vətən Müharibəsində şəhid olmuş Qəhramanlarımızın məzarları ziyarət olunacaqdır. 

 

Layihə barəsində şəhidlərimizin ailə üzvlərinə ətraflı məlumatlar veriləcəkdir. Şəhidlərimizin xatirəsinə həsr olunmuş Mini futbol və atıcılıq turnirləri təşkil olunacaqdır. Layihəmizin əsas məqsədi - gənclərin  44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ zamanı olan şəhidlərimizin xatirəsini daim yad etmək,onların ailələrinə mənəvi dəsək olmaq, gənclər arası vətənpərvərlik hislərinin aşılanması, pis vərdişlərdən uzaqlaşmaları, gənclərin sağlam həyat tərzinin təbliği,gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlmələrinə xidmət göstərməsidir. 

 

Xatirə turnirləri zamanı təbliğatda  kütləviliyə nail olmaq əsas məqsədlərdən biri olacaqdır.

 

Layihədə könüllü olaraq qoşulmaq istəyən gənclər azer_an @yahoo.com email vasitəsi ilə müraciyyət edə bilərlər.