“Fevral ayında Xocalı soyqırımı ilə bağlı Türkiyə Cümhuriyyətində tədbirin keçirilməsi, 2024-cü ildə fəaliyyətimizin davamı olaraq, şəhid, qazi və veteran ailələri ilə görüşlərin təmin olunması, çəkilişlərin edilməsi və onların cəmiyyətə tanıdılması planlaşdırılıb. Həmçinin, ictimai nəzarətin təmin olunması regionlarda ictimai müzakirələr, korrupsiyaya qarşı tədbirlər, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin təşkil olunması nəzərdə tutulub”.
Bu fikirləri "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Təşkilat islahatların həyata keçirilməsinə dəstək vermək, ictimai nəzarətin şəffaf həyatə keçirilməsi, QHT-hökümət münasibətlərinin inkşafı, QHT-lər haqqında qanunun təkminləşdirilməsi, QHT-lərin maddi-texniki bazalarının gücləndirilməsi və vətəndaş cəmiyyətinin yeni modelinin qurulması ilə bağlı fəaliyyət göstərir.
Qeyd edək ki, 2020-ci ildən fəaliyyətə başlayan təşkilatın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, 2021-ci ildə “Şəhidlərin və qazilərin həyat yolunun işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” layihəsi və 2022-ci ilin sonlarında “Zəfərimizin regionlarda təbliği” adlı layihəsi icra olunub və uğurla başa çatdırılıb. Həmin layihələr rəhbəri Ramil Əliyev olduğu “Öndər TV” vasitəsilə ictimaiyyətə təqdim olunub.
Pərvanə Fərhadqızı












