Qanada yerli qeyri-hökumət təşkilatlarının inkişaf layihələrində daha çox qərarvermə səlahiyyətinə malik olması çağırışı səsləndirilib.

QHT.az xarici mediaya istinadən xəbər verir ki, “MyJoyOnline”da dərc olunan materialda qeyd edilir ki, yerli QHT-lər yalnız layihələrin icraçısı kimi çıxış etməməli, prioritetlərin müəyyənləşdirilməsi, büdcənin bölüşdürülməsi və nəticələrin qiymətləndirilməsi proseslərində də əsas rol almalıdır.

Məqalədə vurğulanır ki, layihələrin yerli icmalar tərəfindən idarə olunması yalnız onların icrasına cəlb edilməklə məhdudlaşmamalıdır. Yerli təşkilatların maliyyə və strateji qərarlara təsir imkanlarının artırılması vacib hesab olunur.

Materialda həmçinin QHT-lərin layihələrin risklərini daşıdığı halda, prioritetlər və büdcələr üzərində kifayət qədər səlahiyyətə malik olmamasının problemlər yaratdığı bildirilir.