Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli  BMT-nin yüksək Plenar Sessiya tribunasından çıxış edib.

Ramil İsgəndərli QHT.az- açıqlamasında bildirib ki, 2022-ci ilin dekabr ayından BMT ECOSOC Şurasında Xüsusi Məşvərətçi Statusumuz var. Lakin indiyədək BMT İnsan Hüquqları Şurasının bir neçə Sessiyalarında təmsil olunsam da, heç vaxt məhz Plenar Sessiyalarda (BMT rəhbərliyi, ekspertlər, dövlətlər və beynəlxalq təşkilatların iştirakı ilə) çıxış etmək imkanı qazanmamışdım.

"BMT-nin yalnız Paralel tədbirlərində (Side Event), Vyanadakı Komissiyalarının və ya ATƏT-in Demokratiya və İnsan Hüquqları Bürosunun bəzi Plenar Iclaslarında çıxış etmək imkanı qazanmışdım. Nəhayət dünən axşam, BMT-nin öncədən nəzərdə tutulmayan, sonradan gündəliyə salınan Dini Nifrəıt məsələləri üzrə plenar "Təcili Debatlarda" (Urgent Debates) müstəqil QHT nümayəndəsi kimi çıxış etmək imkanı qazandım. Çıxışımda Dini Nifrət məsələsini Azərbaycan xalqına qarşı həmişə istifadə olunduğunu qeyd etdim. Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində dini nifrət siyasəti, dini irisimizin, abidələrimizin məscid və qəbiristanlıqların dağıdılması, İsveçdə Quranın yandırılması, Fransada müsəlmanlara qarşı dözümsüzlük və zorakılıq halları və digər məsələlər barədə çıxımda qeyd etdim."

QHT.az çıxışı təqdim edir: