"BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyasında Ermənistan nümayəndə heyətinin vay-şüvəni istədikləri effekti vermədi. Öz yalanları ilə nəinki bizi, BMT-nin də Komitə üzvlərini bezdirən bu şəxslər 3 saat davam edən (5 oktyabrda da davam edəcək) sessiya prosesinin müəyyən mərhələlətində Azərbaycanla bağlı cəfəngiyat danışsalar da istədilləri effekti almadılar. Belə ki, Pakt üzrə öz öhdəliklərindən danışmaq əvəzinə humanitar yardım xahiş edib deyirdilər ki, bizə istənilən dəstək vacibdir. Komitə üzvlərindən də humanitar dəstək gözləyirdilər. Halbuki, Komitə humanitar yardıma yox, Paktın icrasına dair suallar verir. Xala xətrin qalmasın dəstək isə yalnız o oldu ki, bir neçə sual verildi ki, könüllü köçənlərin yerləşdirlməsi, humanitar vəziyyət və humanitar yardımla bağlı vəziyyət necədir. Həməruzəçilərdən biri sual verərəkən könüllü köçənləri necə yerləşdirəcəksiz tipli sual verdi. Yəni məcburi yox öz istəkləri ilə köçənlər".

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, günlərdir ki, Komitə üzvləri ilə rəsmi və qeyri rəsmin görüşlərim, eyni zamanda Komitə üzvləri üçün rəsmi brifinqimdə erməni yalanlarını kifayət qədər ifşa edən sənədlər və faktlarla çıxış etməyimizin də faydasını hiss etdik: "Şəxsən bizim təşkilat iki alternativ hesabat təqdim etməklə yanaşı bir neçə komitə üzvünü çıxmaq şərti ilə hamısı ilə əvvəlcədən söhbət edib lazımı matrealları da əlbəl və rəsmi formada təqdim etmişdim. Eyni zamanda Komitə məruzəçilərinin elektron poçtlarına əvvəlcədən hesabatları göndərməklə və verməli olduqları sualları yollamışdım. Və Komitə üzvlərinə, mətuzəçilərə təşəkkür edirəm ki, bizim hesabatlarla və sonradan verdiyimiz bəyanatla tanış oldular (bəziləri yaxınlaşıb hesabatımızla tanış olduqlarını bildirdilər). Digər kolleqaların da səylərini qeyd etmək istərdim. Hər halda görünən budur ki, gözlənilən sərt mövqe olmadı".

Sahib Məmmədov həmçinin qeyd edib ki, Brifinqdə təqdim etdiyimiz bəyanatda xeyli suallar daxil etmişdik: "Əlbəttə ki, bu işdə mənə dəstək olan kolleqaların da səylərini yüksək dəyərləndirirəm. Onların adını çəkməyəcəm.Yalnız Cenevrə Universitetinin tələbəsi gənc xanım haqqında ayrıca yazacam. Bəzi məsələlər var ki, onları qeyd edə bilmirəm müəyyən səbəblərdən. Belə hesab etmək olar ki, bu sessiyanı Ermənistan öz xeyrinə olan bir tədbirə çevirmək cəhdləri tam uğursuzluğa uğradı. Növbəti vay-şivən istədikləri nəticəni vermədi. Səy göstərən bütün şəxslərə təşəkkür".

 

Pərvanə Fərhadqızı