“Regional İnkişaf” İctimai Birliyi tərəfindən Şamaxı, Tərtər, Yevlax, Zərdab, Kürdəmir və Ucar rayonlarında da gənclərlə görüşlər keçirilib.
QHT.az xəbər verir ki, görüşlərdə İctimai Birliyin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihə və tədbirlər, qarşıya qoyulan vəzifələrin icrasında könüllülərin rolu barədə ətraflı məlumat verilib, həmçinin QHT-nin könüllüsü olmaq istəyən gənclərin qeydiyyatı aparılıb.
Xatırladaq ki, regionlarda gənclərələ keçirilən görüşlər onların ictimai fəallığının artırılması, könüllü fəaliyyətə cəlb edilməsi və şəbəkələşməsinə dəstək məqsədi daşıyır.
Pərvanə Fərhadqızı












