Avstriya kurortu “toz qar” reytinqində lider oldu
QHT.az xəbər verir ki, tədqiqata əsasən, Avstriyanın Westendorf kurortu 84,8 balla İtaliya və Fransanın məşhur xizək məkanlarını geridə qoyaraq 2025-ci ilin ən ideal “toz qar” istiqaməti seçilib. Tədqiqat altı əsas amilə — temperatur, yağıntı, rütubət, külək, hündürlük və səth şəraitinə əsaslanıb.
İkinci və üçüncü yerləri İtaliyanın Ortisei (84 bal) və Gressoney (80,2 bal) kurortları tutublar. İlk beşliyə həmçinin Lex (Avstriya) və Soldeu (Andorra) daxil olub.
Mütəxəssislərin sözlərinə görə, ən yaxşı “toz qar” adətən az tədqiq edilmiş, pistdən kənar ərazilərdə olur və ora yalnız təcrübəli bələdçi ilə getmək tövsiyə edilir.
R.İmanov












