10 fərqli regiondan (Ağcabədi, Ağsu, Goranboy, Qəbələ, Quba, Masallı, Mingəçevir, Neftçala, Şəmkir, Tərtər) gələn təlimçilərimiz 26-30 yanvar tarixləridə təlimçi Murad Əsgərzadə, Qənirə Əzizzadə və Raul Emre tərəfindən həyata keçirilən fərqli təlim sessiyalarında iştirak etdilər.
Layihə iştirakçılarımız təlimlərin hər anında yeni informasiya öyrəndi, maraqlı müzakirələr apardılar.
İştirakçılar faydalı təlimlər, maraqlı müzakirələr və əyləncəli enercayzerlər ilə 5 günü maksimum dəyərləndirdilər.
TOT təlim sessiyasının sonunda iştirakçılar sertifikat ilə təltif edildi.
Layihənin əsas məqsədi regionlarda yaşayan gənc xanımların rəqəmsal savadlılığını artırmaq və karyera seçimlərinə müsbət yöndə təsir etməkdir.












