Masallı voleybolçularının qələbələr seriyası davam edir

Birinci Liqa yarışlarının altıncı turuna yekun vurulub 

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Birinci Liqasında altıncı turun oyunları çərçivəsində “Masallı” komandası növbəti qələbəsinə imza atıb. 
Fevralın 19-da “Murov” voleybol klubunun idman zalında  keçirilən qarşılaşmada “Masallı” voleybolçuları “Kontakt” komandası üzərində inamlı qələbə çalıb – 3:0.
Məlumat üçün bildirək ki, “B” qrupunda 15 xalla ikinci pillədə qərarlaşan “Masallı” komandasını lider “Təhsil”dən 3 xal ayırır.
Qeyd edək ki, iki qrup üzrə 16 komanda bir dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.

Akif AĞAYEV