Sentyabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
QHT.az xəbər verir ki, Deputatları salamlayan komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 15 məsələ daxil edilib.
İclasda eyni zamanda “Qrant haqqında” Qanunda dəyişiklik də müzakirə olunub.
“Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) adından aldığı qrantların reyestrinin aparılması qaydasını müəyyən edir.
Müzakirələrin sonunda gündəlikdəki bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib












