"Müstəqil Azərbaycanın tarixində 67 Əfv Sərəncamı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən imzalanıb. Bu Sərəncam isə 801 məhkuma şamil edilib".
QHT. az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Rauf Zeyni deyib.
O bildirib ki, müstəqil Azərbaycanın tarixində Ulu Öndərin 100 illiyi ilə əlaqədər olaraq mərhum Heydər Əliyevin şərəfinə bu Əfv Sərəncamı imzalanıb.
"Bəzilərinin məhkumluq müddətinin yarısı əfv olunub. Bu, çox böyük bir Sərancamdır. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı hümanizm siyasətini çox böyük uğurla davam etdirir.
Bildiyiniz kimi, birinci xanım, hörmətli Vitse-prezident Mehriban xanım Əliyeva da amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib və bu da minlərlə insanın, məhkumun məhkumluqdan azad olunmasına səbəb olub. Bu, çox böyük humanizm siyasətidir və bu hümanizm siyasəti vətəndaşların rifahına xidmət edir.
O cümlədən insanların əfv olunması, onların azadlığa qovuşmasına xidmət edir ki, bu da çox vacib bir cəmiyyətdə stabilliyi və inkişafı təmin etmək məqsədilə, vətəndaşların rifah halının təmin etmək məqsədilə ölkə Prezidentinin apardığı milli, bəşəri, mütərəqqi siyasətin nəticəsidir.
Düşünürəm ki, azadlıq çox qiymətli və dəyərli məfhumdur. Hər bir məhkum ölkə Prezidentinin bu addımını yüksək qiymətləndirir. Təbii ki, Ədliyyə Nazirliyi yanında İctimai Şura və vətəndaş cəmiyyəti olaraq, biz də bu addımları çox yüksək qiymətləndiririk.
İnanırıq ki, cəmiyyətdə ədalətin bərqərar olması, yüksəlişi üçün hər zaman bu cür addımlara, belə aksiyalara və Əfv sərəncamlarına ehtiyac var.
Biz də ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığmızı bildiririk. Azadlığa çıxanları təbrik edirik və uğurlar arzulayırıq












