"Mançester Yunayted"dən ayrıldıqdan sonra hansı komandaya keçəcəyi maraqla gözlənilən portuqaliyalı futbolçu Kriştiano Ronaldo Lissabonda inşa etməyə başladığı lüks malikanəsi üçün kadr axtarışına başlayıb.
QHT.az xəbər verir ki, köşkün işçiləri üçün açıqlama verən Ronaldonun ayda 6 min Avro ödəyəcəyi və məxfilik müqaviləsinin də imzalanacağı bildirilib. Tikintisinin 30 milyon avroya başa gəlməsi gözlənilən malikanənin 2700 kvadrat metrlik istifadə sahəsində tennis kortu, idman zalı, açıq hovuzu və 20 avtomobil tutumlu qarajı olacaq.
Xəbərlər
Ronaldo ayda 6 min avroya işçi axtarır - ÖZƏL












