Rusiya prezidenti Vladimir Putin daxili xidmət general-mayoru Aleksey Giriçevi Federal Penitensiar Xidmətin direktor müavini təyin edib.

QHT.az xəbər verir ki, dövlət başçısının fərmanı hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

“Daxili xidmət general-mayoru Aleksey İvanoviç Giriçev tutduğu vəzifədən azad edilərək Federal Penitensiar Xidmətin direktor müavini təyin edilsin”, – sərəncamda deyilir.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya prezidenti Dmitri Qribkovu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi təyin edib.

Yanvarın 25-də Dövlət Duması Rusiyada məhkumların sosial adaptasiyası institutunun tətbiqini nəzərdə tutan “Rusiya Federasiyasında probasiya haqqında” əsas qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanun cəza çəkməkdən azad edilmiş, habelə məcburi əməyə məhkum edilmiş məhkumların sosial adaptasiyasını və reabilitasiyasını nəzərdə tutur.

Federal Penitensiar Xidmət sınaq müddətində iştirak edən şəxslərin vahid reyestrini aparacaq.