Rayon rəhbəri müvafiq sərəncamlar imzalayıb
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vakant olan dövlət qulluğu vəzifələrinə təyinatlarla bağlı müvafiq Sərəncamlar imzalayıb.
Belə ki, rayon icra hakimiyyəti başçısının 06 mart 2023-cü il tarixli müvafiq sərəncamları ilə Famil Soltanağa oğlu Cəfərov Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi vəzifəsinə, Rövşən İbadulla oğlu Sarxanlı Masallı RİHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunublar.
Rayon icra hakimiyyəti başçısının digər sərəncamları ilə Akşin Rəsul oğlu Xəlilov Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, Qarabəy Həzərxan oğlu Nəsirov Masallı RİHB-nın Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsindən azad edilərək Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunublar.
Rayon İcra Hakimiyyəti başçısının 07 mart 2023-cü il tarixli müvafiq sərəncamları ilə Cəmil Kamil oğlu Məmmədov Masallı RİHB aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə, Tərlan Məşkur oğlu Şahverdiyev Masallı RİHB-nın Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə, Ağamirzə Zakir oğlu Kərimov Masallı RİHB-nın Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi vəzifəsinə təyin olunublar.












