Bu gün Azərbaycan Milli QHT Forumunun dəyirmi konfrans zalında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin “QHT-lərin sosial media bacarıqlarının artırılması” layihəsi çərçivəsində təlim keçirilir.
QHT Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan təlim rəqəmsal kommunikasiya, sosial media və süni intellektin QHT fəaliyyətində tətbiqi mövzularını əhatə edir.
Təlimin məqsədi qeyri-hökumət təşkilatlarının rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsi, sosial media bacarıqlarının təkmilləşdirilməsi və süni intellekt alətlərindən QHT fəaliyyətində daha səmərəli istifadə imkanlarının təşviq edilməsidir.












