Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbinin X–XI sinif şagirdləri, təşkilatçı Əzimova Gülnarın rəhbərliyi ilə şəhid Miqdad Abduləlimovun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şagirdlər şəhidimizin anası və atası ilə görüşərək Miqdad haqqında söhbət edib, onun həyat yolu, qəhrəmanlığı və Vətən uğrunda göstərdiyi fədakarlıq barədə məlumat alıblar.
Şəhid anası Tünzalə Abduləlimova öz növbəsində bu mənalı ziyarətə görə məktəbin rəhbərliyinə, təşkilatçı Gülnar müəlliməyə və şagirdlərə təşəkkürünü bildirib.
Şəhidlərimizi tanımaq, onların adını yaşatmaq və gələcək nəsillərə qəhrəmanlıqlarını çatdırmaq hər birimizin mənəvi borcudur.
Miqdadımın xatirəsini yaşadan hər kəsə təşəkkür edirəm.








