Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Elgün Elman oğlu Əzizov 1990-cı il yanvarın 8-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2017-ci ildən etibarən isə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə “leytenant” hərbi rütbəsi altında xidmətini davam etdirib. Elgün Əzizov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da qəhrəmancasına şəhid olub.

Elgün Əzizov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!