Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi 01 iyun 2024-cü il tarixindən “Səssiz Dünyaya Körpü” adlı layihə icra planına uyğun olaraq, valideyinlər üçün İşarət dili təlimləri ilə davam edir. Təlimlər həftədə iki dəfə olmaqla CIBS Təlim və Psixologiya mərkəzində həyata keçirilir.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyin sədri, layihə rəhbəri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında bildirib verir ki, CIBS Təlim və Psixologiya mərkəzi layihəmizə dəstək olaraq, öz mərkəzlərində təlimlərin keçirilməsi üçün təşkilatımıza təmənnasız dəstək göstərir: "Layihədə on valideyin üçün 16 Jest dili təlimi nəzərdə tutulub. Təlimlərdə valideyinlərə Jest dilində  iyirmi mövzuda sözlər öyrədiləcək.  Layihəni əhadə edən coğrafi ərazi Bakı şəhəridir. Bu ərazini seçməkdə məqsədimiz birliyimizə daxil olan müraciətlərlə bağlıdır. Bakı şəhərində yaşayan eşitmə məhdudiyyətli övladı olan valdeyinlərin 70 %-nin müraciətinə görə onlar uşaqları ilə düzgün Jest dilində ünsiyyət qurmaqda əziyyət çəkir, onların uşaqları ilə söhbəti alınmadığı üçün təlim və tərbiyyəsində, düzgün formalaşması üçün edilən söhbətlər alınmır. Beləliklə eşidən valideyin, “səssiz dünya”da olan övladıilə bir  birlərini başa düşmürlər. Bu da uşaqlarda aqresiyya yaradır. Buna görə bizə müraciət edən valdeyinləri bu təlimlərə cəlb etməklə yaranan problemi qismən də olsa həll etməyə yaradımçı olacağıq".

QHT sədri həmçinin bildirib ki, əsas hədəf qrup valdeyinləri seçməkdə məqsədimiz, eşitmə məhdudiyyətli uşaqların 80%-i eşidən valideynlərin övladları olmasıdır: "Ailə, uşağın əqli və intellektual inkişafında rol oynayan ən mühüm amillərdən biridir. Ailədə uşaq, insanlar arasında qəbul olunmuş davranış üsulları haqqında ilk təsəvvürlərini alır. İşarət dili, eşitmə məhdudiyyəti olan uşaqların tərbiyəsində ailədaxili münasibətlərin, davranış və tərbiyəvi təsirlərin effektivliyini  müəyyən edən vacib şərtdir. Eşidən ailədə doğulan bir eşitmə məhdudiyyətli uşaq, ailəsi ilə ünsiyyət zamanı Jest dilini praktik (loru) dildə öyrənir. Beləliklə ailə uşaqla ünsiyyəti  tanınan dil kimi yox, yalnız öz ailə tərkibində başa düşülən işarələrlə ünsiyyət qurur ki, bu da gələcəkdə uşağın cəmiyyətə şəxsiyyət kimi inteqrasiya olmasında, təhsil almasında ciddi problemlər yaradır. Uşaqlar valideyin dəstəyi olmadan mənimsədikləri Jest dilində isə özlərini tapırlar. Lakin bu dili bilməyən valideyn və uşaq arasında əlaqə ciddi şəkildə pozulur və ya sadə əl,qol hərəkətləri ilə başa salınır ki, bu da uşaqların gələcəyi üçün ciddi problemlər yaradır. Təlimdə jest dilinin əlifbası və işarət dilində sözlərin mənası öyrədiləcək. Layihəyə töhvə olaraq təşkilatımız tərəfindən çap edilən 700 yüz jesti özündə birləşdirən “Səssiz dünyaya körpü” adlı Jest dili kitabı valideyinlərə metodik vasitə kimi veriləcək. Həmçinin, təlim müddətində ayda 1 dəfə olmaqla psixoloq təlimi təşkil olunacaq".