Bu gün "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi"ndə "Sosial media və rəqəmsal marketinqdə mövcud tendensiyalar və məsləhətlər" mövzusunda seminar keçirilib.
QHT.az xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində keçirilən seminarda sosial mediada mövcud tendensiyalara toxunulub. Spiker qismində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının PR mütəxəssisi Gülər Abasova və OnDigital Marketinq Agentliyinin təsisçisi Zamin Namazov çıxış ediblər. Mütəxəssislər “Sosial mediada kreativ məzmunun yaradılması” və “Qlobal rəqəmsal strategiyalarının yerli bazarda tətbiqi” mövzularında təqdimatla çıxışlar ediblər. Sosial media platformaları, Sosial media strategiyaları və taktikaları, Kontentin sosial media reklamlarına təsiri, uğurlu kontent üçün məqsəd, Call to action, emosional bağ qurmaq, hədəfləmə, optimallaşdırma, lokal məzmunun hazırlanması haqqında çıxışlar ediblər. Sosial Media Marketinqi, Mobil Marketing, Dijital Marketinq Alətləri haqqında da qaranlıq məqamlara aydınlıq gətiriblər.
Pərvanə Fərhadqızı












