İddianamədə türk milli voleybolçu Hande Baladini təhdid edərək “Üzünə turşu tökəcəyəm” mesajı göndərən Mustafa 2 ildən 5 ilə qədər həbs istənilib.

QHT.az xəbər verir ki, Baladin sosial media hesabından təhdidlərə məruz qalanda "Təhlükəsizliyim yoxdur, qorxuram" deyərək prokurorluğa müraciət edib. “Üzünə turşu atacağam” deyə təhdid edildiyini iddia edərək şikayətlənib.

Təqsirləndirilən Mustafa Bakırköydə tutularaq həbs edilib. Bakırköy Psixiatriya Xəstəxanasında qeydiyyatda olan və eyni zamanda xəstəxanada texniki işçi vəzifəsində çalışan Mustafa məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərildiyi müəyyən edilib. O, ittihamları etiraf edib.

 

Pərvanə Fərhadqızı