Sosial Tədqiqatlar Mərkəzi yaradılmasının dörd illiyi münasibətilə keçirilməsi nəzərdə tutulan silsilə hesabat – tədbirlərini təxirə salıb.

Belə ki, qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində meydana gələn faciənin təkcə türk xalqının deyil, Azərbaycan xalqının da faciəsinin olması amili əsas götürülərək sözügedən addım reallaşdırılıb.

Bu münasibətlə STM rəhbərliyi türk xalqı ilə həmrəylik  nümayiş etdirmək və ağır gündə öz dəstəyini göstərmək üçün müvafiq addımlar atıb, eyni zamanda qurumun rəhbərliyində təmsil olunan bir qrup şəxs Bakı Türk Şəhidliyini ziyarət edib, zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb.