Avstraliyanın Cənubi Tasmaniya bölgəsində bir cütlük itlərinin hücumuna məruz qalıb. 66 yaşlı kişi ölüb, 64 yaşlı qadın isə ağır yaralanıb.
QHT.az xəbər verir ki, gecə saatlarında baş verən hadisə qonşunun xəbər verməsindən sonra üzə çıxıb. Hadisə yerinə gələn polis evdə bir kişi və bir qadının ağır yaralandığını aşkar edib. Ayaqlarından ağır xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib. Ayaqlarından da yaralanan qadın Royal Hobart Xəstəxanasına aparılıb. Qadının vəziyyətinin stabil olduğu bildirilib.
Polis cütlüyün adını və itin cinsini açıqlamayıb. Təcavüzkar it yerli bələdiyyə məmuru tərəfindən evtanaziya edilib. Cütlüyün evdə daha iki itinin olduğu və bu heyvanların bələdiyyənin nəzarətinə verildiyi də bildirilib.
Pərvanə Fərhadqızı












