Avropa Birliyi, Telegram-ın Aİ-dəki istifadəçi sayısını yoxlayır və platformanın sayının 45 milyondan az olduğunu iddia etməsini şübhə ilə qarşılayır.
QHT.az xəbər verir ki, Avropa Komissiyası Telegram-ın düzgün məlumat təqdim edib-etmədiyini araşdırır. Əgər Telegram həqiqətən 45 milyondan çox istifadəçiyə malikdirsə, "çox böyük onlayn platforma" kimi təsnif ediləcək və bu, məzmun moderasiyası və məlumat təqdimatı üzrə daha sərt qaydalar tələb edəcək.
Qeyd edək ki, Telegram, dünya üzrə istifadəçi sayının 1 milyarda yaxın olduğunu bildirir.
Pərrvanə Fərhadqızı












