Azərbaycan Yazıçılar Birliyində istedadlı türk yazıçısı, tərcüməçi İmdat Afşarla görüş keçirilib.
Birlikdən QHT.az-a verilən məlumata görə, tələbələrin də iştirak etdiyi görüşdə İmdat Afşarın Azərbaycan ədəbiyyatının Türkiyədə təbliğ edilməsində böyük işlər gördüyü vurğulanıb. Diskusiyya şəklində keçən görüşdə yazıçının yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, Anarın “Kərəm kimi”, Rəsul Rzanın “Gecənin susqun nəğməsi”, Elçinin “Aydınlıq gecələr” kimi əsərləri onun tərcümə etdiyi 150-ə yaxın ədəbi nümunənin arasındadır.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olan İmdat Avşarın 2007-ci ildən bəri yazdığı şeir və hekayələri Türkiyə'de Türk Edebiyatı, Kardeş Kalemler, Herfene, Köroğlu, Sancaktar, Gökbayrak, Bizim Külliye, Berceste, Şehiryar, Kün Edebiyat, Kümbetaltı, Agora, Çıngı, kimi jurnallarda dərc olunub . Alatoo .. Şeir və hekayələri türk ləhcələrinə çevrilmiş, Qardaşlıq (Kərkük), Bayrak (Bağdad) Ulduz, Azərbaycan ədəbiyyatı, Ədəbiyyat qəzeti, Literaturniya Azərbaycan (Azərbaycan) Qırğız ədəbiyyatı, Cangı Alatoo (Qırğızıstan), Ümid Karvanı, Nenkecan (Krım), Ağidil (Başqırdıstan).Türk'm (Kosova), Turnalar ( Kuzey Kıbrıs) kimi jurnallarda, Türk ləhcələrindən hekayə və şeirləri də tərcümə edən İmdat Avşarın bu tərcümələri Türkiyənin önəmli ədəbi dərgilərində dərc olunur.
Pərvanə Fərhadqızı












