“UGİŞM (Masall)“ FK respublika birinciliyinin final mərhələsində 

 

Masallıda “Təhsil” Respublika İdman Mərkəzinin futbol üzrə respublika birinciliyinin zona mərhələsi keçirilib.
“Viləş” mini-futbol stadionunda təşkil olunan birinciliyə 2013-2014 və daha kiçik təvəllüdlü məktəbli idmançılar qatılıblar.
İki gün (10-11 dekabr) davam edən yarışlarda Lənkəran, Masallı, Biləsuvar, Salyan, Neftçala, Şirvan, Hacıqabul və Cəlilabad rayonlarının Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin komandaları birincilik uğrunda mübarizə aparıblar. 
Səkkiz komandanın iştirak etdiyi yarışda Cəlilabad, Lənkəran, Masallı və Neftçala rayon UGİŞM komandaları final mərhələsinə vəsiqə qazanıb. 
Məlumat üçün bildirək ki, respublika birinciliyinin final mərhələsi 23-25 dekabr 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək.

 

Akif AĞAYEV