Ukraynada davam edən hücumlar humanitar yardım fəaliyyətinə də ciddi zərər vurur. BMT-nin məlumatına görə, 2026-cı ildə humanitar ləvazimatların saxlandığı 20 anbara hücum edilib. Onlardan 13-ü səhiyyə ilə bağlı yardım materiallarının saxlandığı obyektlər olub.
QHT.az xarici mediaya istinadən bildirir ki, iyul ayında Kiyev yaxınlığında UNICEF-in istifadə etdiyi anbar da zədələnib. Hadisə nəticəsində uşaqlar və ailələr üçün nəzərdə tutulan 106 mindən çox humanitar yardım vasitəsi məhv olub.
BMT və humanitar təşkilatlar belə obyektlərin və yardım əməkdaşlarının qorunmasının vacibliyini vurğulayırlar.












