Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Vitse-Prezident Prof. Dr. Li Guijun başda olmaqla Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, bu barədə UNEC-in rektoru Ədalət Muradov məlumat verib. Rektor qeyd edib ki, Universitetlərimiz arasında tələbə və müəllim mübadiləsi, birgə forum və konfransın keçirilməsi, birgə tədqiqatların aparılması və nəticələrinin çap etdirilməsi, "Kəmər -Yol" təşəbbüsü ilə bağlı məlumat mübadiləsinə dair razılıq əldə etdik: “Yeni əməkdaşlıq forması haqqında fikir mübadiləsi apardıq, Əməkdaşlıq Memorandumu imzaladıq”.
Qeyd edək ki, bu əməkdaşlıq, təhsil sahəsində beynəlxalq əlaqələrin və təcrübələrin paylaşılması əsasında inkişaf edir. İki universitet arasında mövcud vəziyyətin yanı sıra, nail olunan razılıqların "Kəmər - Yol" layihəsi kimi strateji inkişafların da hüquqi zəminini təşkil edir. Bu gündən əməkdaşlığın daha da möhkəmləndirilməsi, tədqiqat və təhsil sahəsində daha çox nailiyyətlər əldə etmək üçün hər iki tərəfin ictimaiyyət və təhsil sahəsində bir-birinə dəstək olmağa davam etməsi gözlənilir.
Pərvanə Fərhadqızı












