BMT-nin Uşaq Fondu Azərbaycanda uşaqlarla çalışan psixoloqların və sosial işçilərin həssas qruplara dəstək olmaq üçün bacarıqlarının artırılmasına dəstək göstərməyə davam edir.
QHT.az xəbər verir ki, 2023-cü ildə UNICEF münaqişədən təsirlənmiş bölgələrdən olan 100 mütəxəssisə icma əsaslı psixi sağlamlıq və sosial dəstək xidmətləri üzrə təlim keçib. Proqrama Ağdam, Füzuli, Goranboy, Göygöl və Tərtər də daxil olmaqla bölgələrdən yerli ekspertlər cəlb olunub və hər bir icmanın vaxtında dəstək göstərməsi üçün ixtisaslı kadrların olması təmin edilib.
Qeyd edək ki, UNICEF Füzuli, Ağdam, Tərtər və Goranboy rayonlarında yaşayan uşaqlar üçün isə psixoloji proqramlar və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə proqramları həyata keçirməyə davam edəcək.
Pərvanə Fərhadqızı












