Yay gəldi, tərlik ("vyetnamka”) mövsümü başladı. Həm evdə, həm də çöldə zövqlə geyindiyimiz bu ayaqqabılar düzgün seçim etməsək həyatımızı kabusa çevirə bilər.
Mütəxəssislərin fikrincə, bunlardan tez-tez istifadə edirsinizsə, ayağınızın sağlamlığını riskə atmış olursunuz. Bəs hansı problemlərə səbəb olur? Yayda gündəlik olaraq hansı ayaqqabılarda
n istifadə etməliyik?
Belə ayaqqabıların təhlükələrinə toxunan Ortopedi, Travmatoloji və Onurğa Uzmanı Dr. Kamil Eyvazov QHT.az-a açıqlamasında bildirib ki, tərlik əslində rahat görsənən, lakin ziyanlı, zərərləri təsirləri olan bir ayaqqabı növüdür: “İnsanların ayağında sabit qalmadığı üçün yeriyən zaman ayaqdan çıxır. Bu da ayaq biləyində burxulmalara, yerdə olan yad cismə batmaya səbəb ola bilər. Topuqlu ayaqqabılar kimi ağrılara, əzələlərin, ayağın tez yorulmasına, xırda oynaqlarda yüklənmələrə gətirib çıxara bilər”.
Dr. Kamil Eyvazov belə ayaqqabıların yarada biləcəyi digər bir problemə də toxunub. O, qeyd edib ki, bu ayaqqabılarla sürətli şəkildə yerimək çətin olur: “Yıxılmağa, ani hərəkətlərin yavaşımasına gətirib çıxarır. Bu ayaqqabı ilə avtomobil idarə etmək də çətin olur. Belə ki, sürücünün ayağından çıxa, diqqət yayınıqlığına, xoşagəlməz hallara səbəb olar. Həmçinin tərlik geyinən insanların ayaq dərisi günəş şüalarından dəridə qurumaya, sağalmayan yaraların yaranmasına səbəb olar”.
Yay olsa belə, qapalı ayaqqabı, corab geyinməyi məsləhət bilən Uzman corabı da tez –tez yumağı tövsiyyə edir: "Qapalı ayaqqabı geyinsəniz, corabdan istifadə etsəniz ətrafda olan bakteriyaların dəri üzərində yerləşməsinin qarşısını almış olarsınız. Ayağınızın sağlamlığını riskə atmayın".
Pərvanə Fərhadqızı












